Xaçmazda “avtoş”luq edərkən qəza törədən sürücü vəsiqədən məhrum edildi - RƏSMİ - VİDEO

Xaçmazda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 02-BO-743 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edib. Müxtəlif vaxtlarda qeydə alınmış görüntülərdə əl əyləcindən istifadə edən sürücü avtomobili fırladaraq yolda drift edib. Həmçinin o, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə təkərlərini asfalt örtüyünə sürtərək səs çıxarıb. Sürücü törətdiyi xətadan sonra qəza etməsiylə bağlı paylaşım edib. Digər görüntüdə o, yenidən təhlükəli manevrlər edərək qarşı tərəfdən gələn avtomobilə qəza təhlükəsi yaradıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Avtosfer.az-a bildirib ki, rayon ərazisində hərəkətdə olarkən avtoxuliqanlıq edən “VAZ 2106” markalı avtomobilin sürücüsü Elgün Hacıyev Xaçmaz rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
E.Hacıyev barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, cərimə olunub və sürücülük hüququndan 1 il müddətinə məhrum edilib.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












