Xətaidə qayda pozan sürücülər cərimə edildi - Təbliğat davam edir

Respublika ərazisində “Təmiz hava aylığı” çərçivəsində keçirilən tədbirlər davam edir. Paytaxtın Xətai rayonunda analoji reyd baş tutub.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücülərlə proflaktiki söhbətlər aparıb, “Təmiz hava aylığı” barədə məlumat veriblər. Sürücülərə bildirilib ki, avtomobillərdən ixrac olunan zərərli qazlar təbiətə və insan sağlamlığına ziyan vurur.
Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytinanti Elvin Hacıyev Avtosfer.az-a bildirib ki, DYP əməkdaşları kütləvi informasiya vasitələri ilə birlikdə bir ay ərzində - oktyabrın 10-dan noyabrın 10-na qədər “Təmiz hava aylığı” çərçivəsində paytaxtın müxtəlif ərazilərində reydlər keçirib və belə reydlər hər il mütəmadi davam etdirilir.
O bildirib ki, baş tutan tədbirlər müsbət nəticəsini verir. Belə ki, əksər avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarı normalar çərçivəsindədir.
Tədbir zamanı bəzi sürücülər barəsində inzibati protokol tərtib edilib, eyni zamanda avtomobili saz vəziyyətdə olan sürücülərə təşəkkür olunub.
Nurlan Sakitoğlu
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












