Xəzərdə ekoloji yoxlama zamanı sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO

"Təmiz hava" aylığı çərçivəsində Dövlət Yol Polisi Şöbələrinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, növbəti belə tədbir Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Xəzər RPİ-nin DYP Şöbəsi və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində təşkil olunub. Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərə avtomobillərin saz vəziyyətdə saxlanılması barədə söhbətlər aparıb, onlara hüquq və vəzifələrini izah edilib.
Tədbir çərçivəsində saxlanılan bəzi nəqliyyat vasitəsi sürücülərinə avtomobildən atılan zəhəli qazın miqdarı normadan çox yuxarı olduğu üçün protokol tərtib edilib. Həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat cərimələnib.
Səfər
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












