Yanğınsöndürənə yol verməyən təlimçi və ya DYP hər dəfə müdaxilə etməlidirmi? - FOTO

Bu səhər saat 10 radələrində Milli Məclisin arxasında yanan 2 avtomobil barədə bütün saytlar yazıb. Bunu bir daha təkrarlayaraq söhbəti uzatmaq istəmirəm. Amma bir məsələ də var ki, deməsəm olmaz.
Xalq arasında Əzizbəyov heykəli adlanan yerə yaxınlaşdıqda bir yanğınsöndürən avtomobilin sürətlə hadisə yerinə getdiyinə şahid oldum. Nərimanov heykəli tərəfdən gələn bu maşına digər sürücülər yol verdi, hərəkət də intensiv deyildi.
Bundan 2-3 dəqiqə sonra gələn maşının isə şansı çox deyildi. Maşının qarşısına çıxan təlim avtomobili həm özünə, həm də digərlrinə ciddi təhlükə yaratdı. Təlim avtomobilinin nömrəsini görməsəm də 2 fakta tam əmin oldum: təlimçi xanım kəmər taxmamışdı, həm də sayrışan işıq və səs siqnallarını qoşmuş yanğınsöndürən avtomobilin yaxınlaşmasına baxmayaraq hərəkətdə olan avtobusu ötməyə çalışdı. Yanğınsöndürən avtomobil qarşı yola çıxaraq qəzadaan yayındı və yoluna davam etdi.
İş bununla bitmədi. Parlament prospektindən İzzət Nəbiyev küçəsinə dönən yolda bir mülki şəxs yolun bağlı olduğunu deyərək sürücüləri geri qaytarmağa çalışsa da, 5 sürücüdən üçü buna məhəl qoymadı. 2-ci yanğınsöndürən avtomobil də burada təxminən 2-3 dəqiqə ləngidi. Motosikletlə xixmət aparan DYP əməkdaşının müdaxiləsi ilə məsələ yoluna qoyuldu.
Məsələ burasındadır ki, son illərdə ölkəmizdə xüsusi təyinatlı avtomobillərə yol vermək mədəniyyəti formalaşır. Bu sahədə kifayət qədər irəliləyiş olsa belə, hələ ki, qət edəcəyimiz çox böyük məsafə var. Əvvəla, xüsusi təyinatlı texnikanın keçidinə şərait yaratmaq hər bir yol hərəkəti iştirakçısının qanunla müəyyən edilmiş borcudur. İşin insanlıq tərəfində gəlincə: o avtomobillər bir gün biz və ya bizim yaxınlarımız üçün də tələsə bilər. Cəmi 1 dəqiqə ləngimə hər bir halda böyük rol oynayır.
Avtobus sürücüsü yanğınsöndürənə yol verirsə bu, birmənalı alqışa layiqdir. Eyni şeyi hadisə yerinə tələsən maşına yol açan vətəndaş barədə də deyə bilərik. Xüsusi təyinatlı avtomobil yaxınlaşarkən ötmə əməliyyatı aparan təlim maşınına gəldikdə isə: burada təlimçinin özünün nəzəri biliklərini və davranışını təkmilləşdirməyə zəruri ehtiyac var.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










