Yasamalda "Təmiz hava" aylığı tədbiri keçirilib - FOTO

Bu gün Yasamal rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol polisi İdarəsi,Yasamal rayon DYP Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin məqsədi atmosferin avtomobillərin ixrac etdiyi qazların tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsidir.
“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb.
Sürücülərlə maarifləndirici söhbətlər edilib. Onlara qanunvericiliyin tələbləri izah olunub.
Yoxlamaya cəlb olunmuş avtomobillərdən atmosferə atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.
Əksər sürücülərin avtomobilləri normalara cavab verib. DYP əməkdaşları sürücülərə təşəkkürünü bildirib.
Qeyd edək ki, oktyabr ayının 1-dən noyabr ayının 1-dək ölkə ərazisində “Təmiz hava” aylığı çərçivəsində tədbirlər keçirilir.
Orxan
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












