Yayda keçəl təkərlərdən istifadə faciə ilə nəticələnə bilər – DYP-dən XƏBƏRDARLIQ

Təcrübə göstərir ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sürücünün hazırlığı, təcrübəsi ilə yanaşı, avtomobilin təkər və şinlərinin texniki tələblərə və mövsümi şərtlərə cavab verməsi həlledici rol oynayır. Qış aylarında olduğu kimi, yay fəslində də köhnə, aşınmış şinlərin istismarı ciddi təhlükə mənbəyidir.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Qeyd edilib ki, yay aylarında hərəkət intensivliyinin, eləcə də, uzaq məsafələrə səfərlərin sayının artması təkər və ya şinlərdəki nasazlıqları daha tez büruzə verir. Xüsusilə temperaturun yüksəlməsi şinlərdə təzyiqin artmasına səbəb olur ki, bu da normativ tələblərin pozulmasına, hətta şinin partlaması ilə nəticələnə bilər. “Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun olmadıqda, eləcə də şinlərdə kord çılpaqlaşdıqda, karkas təbəqələrə ayrıldıqda, protektor və şinlərdə yan rejimin qopması kimi yerli zədələr olduqda və ya eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə edildikdə nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıq aradan qaldırılmalıdır. Bəzən də zahirən “təzə” görünən şinlər istifadə müddətinin keçməsi, yaxud saxlanılma şəraitinin düzgün olmaması səbəbindən yararsız olur ki, onlardan istifadə sonradan ağır faciələrə gətirib çıxarır”, - deyə məlumatda vurğulanıb.
BDYPİ istənilən hava şərtlərində yaranmış çətinlikləri rahatlıqla dəf etmək üçün nəqliyyat vasitələrinin sahiblərini və sürücüləri sadalanan tövsiyələri daim diqqət mərkəzində saxlamağa çağırıb: “Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun olması mühüm şərtdir”.

"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










