“Yol hərəkəti qaydaları uşaqların gözü ilə” müsabiqəsinin qalibləri məlum oldu - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin elan etdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub.
Avtosfer.az xəbər verir ki, müsabiqəyə respublikanın 41 təhsil müəssisəsindən 200-dən çox əsər təqdim olunub.
Elm və Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlığın növbəti göstəricisi olan müsabiqənin mükafatlandırma mərasimi Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm qalareyasında təşkil edilib.
QHT və media nümayəndələrinin də iştirak etdiyi tədbirdə I yerin qalibi Bakı şəhər 2 nömrəli UGİM-in təmsilçisi Şükufə Zülfüqarova, II yerin qalibi Bakı şəhər 1 nömrəli UGİM-in təmsilçisi Safiya Əliyeva, III yerin qalibi isə Şəki şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Leyla Cabbarlı elan olunub.
Qaliblərə və fəal iştirakçılara müvafiq diplom, təşəkkürnamə və hədiyyələr təqdim edilib. Bakı şəhər 1 nömrəli UGİM-in “Yol hərəkəti qaydaları” dərnək üzvlərinin mahnı və rəqsləri isə tədbirə xüsusi rəng qatıb.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












