Reklam

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?

Yol polisi 1 Sentyabr 2024 10:51 Oxunub 3704
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az "Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti" rubrikasının altıncı hissəsini təqdim edir. Budəfəki mövzu belədir: Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri...

Yol hərəkəti qaydalarının pozuntusu ilə çox tez-tez rastlaşırıq. Bu cür təsadüfi və ya qəsdən törədilən hüquq pozuntusu və ya cinayətin nəticələri çox vaxt ağır və uzunmüddətli olur (xüsusilə sürücü nəqliyyat vasitələrini idarə etməkdə çoxillik qadağa və ya sürücülük vəsiqəsindən məhrum edilməklə üzləşdikdə) Bu cür hallarda ən çox diqqət yetirilməli məqamlar hansılardır?

Yol-nəqliyyat hadisəsinə hüquqi qiymət verilməsinin yoxlanılması

● Vəkillərimiz tərəfindən yol-nəqliyyat hadisəsi, hadisə yeri və qanuni müddəalarla bağlı faktların hərtərəfli təhlili zamanı çox vaxt polis əməkdaşlarının təqsirkarı düzgün müəyyənləşdirmədiyi, hadisəyə yanlış hüquqi qiymət verildiyi, hətta yol hərəkəti qaydalarının pozulmasına görə əsassız ittiham irəli sürüldüyü aşkarlanır. Bu cür hallarda vətəndaşlarımıza hüquqi yardım göstərərkən dəfələrlə məlum olub ki, hadisənin hüquqi tövsüfü və təqsirkar hüquq-mühafizə orqanları tərəfindən yanlış müəyyənləşdirilib. Nəticədə əvvəlcə cinayətkar kimi qəbul edilən şəxs ittihamlardan özünü müdafiə edərkən, sonda qurbana çevrilir və təzminat və ya zərərin ödənilməsi üçün mübarizə aparmağa başlayır.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağll cinayət işində müdafiə

Yol-nəqliyyat hadisələri bur çox hallarda cinayət işinin başlanmasına səbəb olur, avtomobillərin toqquşması isə tərəflər razılaşmadıqda cərimə və ya inzibati xəta kimi məhkəmə araşdırmasına səbəb olur. Bu proseslərdə mühüm rolu aşağıdakı dəlillər oynayır:

- hadisədə iştirak edən şahidlərin dindirilməsi və müşahidə kameralarının qeydləri. 

Yol-nəqliyyat hadisələri sahəsində mütəxəssisin köməyi olmadan mövqeyinizi sübut etmək çox vaxt mümkün olmur. Təqsirləndirilən şəxsi müdafiə edərkən hadisənin xırda təfərrüatlarının da diqqətdən kənarda qalmamasını təmin etmək lazımdır. Bundan əlavə, təqsirli şəxs dəymiş ziyana görə məsuliyyət daşımalıdır, xüsusən sığortası olmadıqda, hadisə yerindən qaçdıqda və s. Sığortanın olması təqsirli sürücünü xərcləri ödəməkdən azad etmir, onun sığorta şirkəti ilə əlaqə saxlanılmalıdır.Hadisənin elə təfərrüatları ola bilər ki,sığorta şirkəti sığortanı ödəməkdən imtina edər.

Sərxoş və ya narkotik təsiri altında avtomobil idarə edilməsi ittuhamı irəli sürülən hallarında müdafiə

Bu cür işlərdə hüquq-mühafizə orqanlarının öz işlərini görərkən bütün formal tələblərə əməl edirlər. Buna görə də iş materiallarının təhlili çox vacibdir. Vəkil olaraq adətən işin materiallarını yoxlayır, məsələn, ölçmələrin düzgün aparılıb-aparılmadığını və ya ölçmə vasitələrinin qanuni olub-olmadığını araşdırırıq.. Belə məsələlərdə, şübhəli hallarda, retrospektiv tədqiqatlar və ya orqanizmdə qadağan olunmuş maddələrin tərkibinə dair ekspert rəyi tələb oluna bilər. Bundan əlavə, məhkəmənin bu cür hərəkətlərə görə məhkum edildikdə sürücülük qadağası tətbiq edə bilməsini nəzərə alaraq, biz qadağanın ən az müddətə şamil edilməsini və onun mümkün qədər qısa olmasını təmin etmək üçün tədbirlər görürük.

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı işlərdə çox vaxt sürücülük hüququndan müəyyən müddətə məhrumetmə və cərimə cəzaları ilə rastlaşırıq.

Sanksiyaların yumşaldılması imkanlarından biri cəzadan şərti olaraq vaxtından əvəl azad etmədir.

Vəkillər sizə, məsələn, sürücülük hüququnun məhdudlaşdırılması cəzasından vaxtından əvvəl azad olmağa kömək edə bilərlər.

Sürət həddinin aşılması və cərimə balları ilə bağlı mübahisələrin həllində hüquqi yardım

Sürət həddini aşmaq cərimə və cərimə balı ilə nəticələnir, hətta bəzən yaşayış məntəqələrində sürət həddinin nəzərdə tutulan həddini keçdikdə və ya mənfi bal həddini aşdıqda sürücülük vəsiqənizin alınması ilə rastlaşırsınız. Bu cür məsələlərdə müdafiə olunarkən sürətin ölçülməsinin düzgün olub-olmadığını, ölçü cihazının sizin avtomobilinizi və ya ola bilsin, başqa avtomobili qeydə alıb-almadığını yoxlamaq lazımdır. Eyni vaxtda bir neçə inzibati xəta törədildiyinə görə icazə verilən balların aşılıb-aşılmamasını da diqqətlə yoxlamaq lazımdır. Həmçinin, belə hallarda, tez-tez mühüm sübut kimi mütəxəssisin rəyinə ehtiyac olur. 

Nəzarət yoxlaması üçün dayanmayan şəxslərin hüquqi müdafiəsi

Nəzarət yoxlaması üçün dayanmamaq bir çox sürücülər üçün ciddi problemlərə səbəb olur. Bu cür hallar sürücünün avtomobili saxlamaq üçün polisin verdiyi səs siqnallarına qəsdən məhəl qoymaması halında da baş verir. Ümumiyyətlə, belə bir işdə mühüm məqam “polis” sözünə qarşı “sürücü” sözüdür. Ona görə də məhkəmə və ya polisi haqlı olduğunuza inandırmaq üçün hər bir təfərrüatı və hadisələrin gedişatını diqqətlə təhlil etməlisiniz.

Qoyulmuş cərimənin ləğvində köməklik göstərilməsi

Hüquqi yardım üçün bizə müraciət edənlərin çoxu cəriməni qəbul etdikdən sonra, cərimənin qanunsuz olduğunu iddia edirlər. Belə hallarda cərimənin ləğvi üçün məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz.

Sürücülük qadağasının müddətinin azaldılması

Cəzalar, o cümlədən nəqliyyat vasitələrini idarə etməyə qadağa - sürücülük hüququndan məhrum etmə cəzası müəyyən edilmiş cəzanın yarısından sonra azaldıla bilər. Çox vaxt bu sərxoş və ya narkotik vasitələrdən istifadə edərək avtomobil idarə etməyə qadağaya şamil edilmir.Bu cür hallarda məhkəməyə müvafiq ərizə hazırlayıb, qadağanın davam etdirilməsinə ehtiyac olmadığını sübut etməyə çalışmalısınız.

Yol nəqliyyat hadisələri ilə bağlı cinayət işlərində zərər çəkmiş şəxslərin hüquqi müdafiəsi

Azərbaycan yollarında hər il yüzlərlə yol-nəqliyyat hadisəsi baş verir ki, bunların çoxu qurbanların: piyadaların, sərnişinlərin, velosipedçilərin və sürücülərin xəsarət alması ilə nəticələnir. Bu cür hallarda həmçinin zərərçəkmiş şəxslərin adından sağlamlığa dəyən zərərə görə kompensasiyanın alınmasını nəzərdə tutan iddialar verilməlidir.Bu cür hallarda müalicə xərcləri, reabilitasiya xərcləri, tibb , qulluq xərcləri və qəza ilə bağlı digər xərclər üçün kompensasiya tələb oluna bilər. 

Hər bir halda yol nəqliyyat hadisəsi hallarında Sizə keyfiyyətli hüquqi yardım göstərəcək vəkil köməyinə nə qədər tez müraciət etsəniz, o qədər yaxşıdır.Bu cür hallarda ilkin mərhələdə vəkilin müdafiəni öz üzərinə götürməsi kifayət qədər səmərə verir. 

(moderator.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh