Yol polisi Bakıda zəncirlənmiş küçəni açdı - FOTO - VİDEO

Bir neçə gün əvvəl Avtosfer.az saytında "Bakının mərkəzində küçəni özəlləşdirib zəncirlədilər" başlıqlı məqalə dərc olunmuşdu. Bildirirlirdi ki, Paytaxtın Lev Tolstoy küçəsinin bir hissəsi zəbt edilib. Belə ki, küçənin Zərgərpalan küçəsi ilə kəsişməsində düz və sağa yol nişanı qoyulub. Amma düzünə hərəkət etmək mümkün deyil. Çünki giriş zəncirlə bağlanıb və "özəlləşdirilib."
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, sözügedən küçə ilə bağlı dərhal araçşdırma aparılıb. DYP əməkdaşları əraziyə cəlb olunub və mvcud problem aradan qaldırılıb. Küçəni bağlayan dəmir dirəklər və zəncir sökülüb.
Araz Əsgərli onu da əlavə edib ki, avtomobil yollarının hərəkət hissəsində səddlərin, şlaqbaumların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır. Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3000 manatdan 4000 manata qədər cərimə oluna bilərlər.
Foto və videoları təqdim edirik:
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













