Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Sabunçu rayon DYP Şöbəsinin əməkdaşları Sabunçu rayon ərazisində yerləşən 81 və 192 saylı tam orta məktəblərdə təhsil alan şagirdlərlər görüşüb. Avtosfer.az xəbər verir ki, görüşdə hər yaş qrupuna aid uşaq və yeniyetmələrlə yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici söhbətlər aparılıb, onlara zəruri nişanlar, qayda pozuntuları, onların səbəb ola biləcəyi qorxunc nəticələrdən qorunmaq üçün qanunlara və qaydala ciddi yanaşmaları barədə tövsiyələr verilib.

Bundan başqa, DYP əməkdaşları uşaqların suallarını cavablandırıb, rəy və təklifləri nəzərə alınıb. Tədbirdə uşaqlara yol hərəkəti qaydaları haqqında məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə olunub. Tədbir zamanı uşaqlar DYP avtomobilinə də baxış keçirib və maraqlı suallar səsləndiriblər.

Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.
Könül

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO

























