Yol polisi sürücülərə müraciət etdi: "Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!"

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYP) bildirilir ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir.
"Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların üst-başlarını batırmağa nail olurlar. Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir", - müraciətədə deyilir.
Eyni zamanda, piyadalardan da xahiş olunur ki, sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də, işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etsinlər. Çünki gecə vaxtı işıqlandırılmayan yol sahələrində qara geyimli piyadanı sürücü görmür, nəticədə isə yol-nəqliyyat hadisəsi qaçılmaz olur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ










