Yol polisi sürücülük vəsiqəsi olan ruhi xəstələrlə bağlı AÇIQLAMA YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əməkdaşlarının psixi xəstəliyi, ruhi xəstəliyi olan şəxslərdə sürücülük vəsiqələrinin aşkarlanması ilə bağlı xəbər yayılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a açıqlama verilib. Bildirilib ki, belə halların olması mümkündür. Çünki sürücülük vəsiqəsi almaq istəyən şəxsdən sağlamlıq haqqında arayış yalnız ilk dəfə sürücülük vəsiqəsi alınan zaman və etibarlılıq müddəti bitdiyi halda dəyişdirilərkən 60 yaşı tamam olmuş şəxslərdən tələb olunur. Lakin mövcud qanunvericiliyə görə qalan müddət ərzində sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün sağlamlıq haqqında tibbi arayış tələb edilmir. Bu baxımdan vətəndaş sürücülük vəsiqəsini əldə etdikdən sonrakı dövrdə də sağlamlığında müəyyən problemlər yarana və müvafiq orqanların bu haqda məlumatı olmaya bilər.
Dövlət Yol Polisi qeyd edir ki, əgər hər hansı həkim müayinə etdiyi şəxsdə nəqliyyat vasitəsinin idarə edilməsinə təhlükə törədə biləcək xəstəlik aşkarlayarsa dərhal bu barədə aidiyyəti qurumlara rəsmi məlumat verməlidir ki, həmin məlumat əsasında həmin şəxsin sürücülük hüququ varsa, yaranmış vəziyyətlə əlaqədar sağalanadək məhdudlaşdırılsın və onun sürücülük vəsiqəsi deaktiv edilsin. O baxımdan yol polisi hesab edir ki, sürücülük vəsiqəsi on ildən bir dəyişdirilərkən sağlamlıq haqqında arayışın tələb olunması qaydaları yenidən bərpa edilməlidir. Əks halda, bu cür halların yaranması qaçılmazdır.
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK












