Yol polisi sürücülük vəsiqəsi olmayanlardan aylıq pul alır? - AÇIQLAMA
Yol polisi
29 Aprel 2021 15:52
Göyçayda sürücülük vəsiqəsi olmayan vətəndaşların yol polisinə aylıq pul verib sərbəst avtomobil sürməsi, eləcə də avtoxuliqanlıq etmələri barədə iddialar yayılıb. Daxili işlər Nazirliyi məsələyə münasibət bildirib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları barəsində yayılan məlumat həqiqəti əks etdirmir: “Şər və böhtan dolu həmin müraciət polisin gərgin əməyinə kölgə salmağa cəhddən başqa bir şey deyil. Belə ki, baş vermiş yol nəqliyyat hadisələri, eləcə də sürücülər tərəfindən törədilən kobud qayda pozuntularına görə müvəqqəti duracağa yerləşdirilən avtomobillərin sahibləri barəsində araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət verilir”.
“Onu da qeyd edək ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları özünü Firdovsi Əliyev kimi təqdim edən şəxsin şikayəti əsasında onunla əlaqə yaratmağa səy göstərsələr də, şəhərin Nizami küçəsində müraciətdə qeyd edilən ünvanın mövcud olmadığı məlum olub“”, - deyə DİN-dən qeyd edilib.
Oxunub : 2218
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ













