Yol polisi yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT!

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollarda müşahidə olunan vəziyyətlə bağlı sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, həftəsonları paytaxtla bölgələr arasında hərəkət intensivliyi əhəmiyyətli dərəcədə artır. Səfərlərin çoxalması xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığına səbəb olur ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.
Məlumata görə, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.
Qeyd olunub ki, bəzi hallarda sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, texniki nasazlıq, tələskənlik və diqqətsizlik ağır qəzalarla nəticələnir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə tövsiyə edir ki:
- Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlasınlar;
- Nasaz avtomobillə yola çıxmasınlar;
- Sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət etsinlər;
- Yağmurlu hava şəraitini və yolun real vəziyyətini nəzərə alsınlar;
- Uzaq məsafələrə səfər zamanı fasilələr versinlər;
- Yorğun və yuxusuz halda sükan arxasına əyləşməsinlər.
Sonda vurğulanır ki, yolda intizam və məsuliyyət hər bir sürücünün təhlükəsizliyinin əsas təminatıdır.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












