Yol polisindən “TikTok”un yeni funksiyasına reaksiya: Bu məhdudiyyət alqışlanmalıdır - RƏSMİ

Ötən gün sosial platformalardan birində, “TikTok”da avtomobil idarə edərkən canlı yayım açmağın bloklanma ilə nəticələnməsi mövzusunda xəbər dərc etmişdik.
Məsələ il əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polkovnik-leytenant Mübariz Ağayev Avtosfer.az-a müsahibəsində deyib ki, istənilən sosial platformalarda yol-hərəkəti təhülkəsizliyi ilə bağlı bütün innovativ həllər idarə tərəfindən təqdirəlayiq qarşılanır.

“Avtomobil idarə etmək təhlükəli fəaliyyət növüdür. Sürücünün bu və ya digər formada diqqətini yayındıran hansısa informasiya alması, hərəkətlər etməsi doğru yanaşma deyil. Sözsüz ki, bununla bağlı qanunvericilikdə xüsusi normalar və cərimə nəzərdə tutulub. Baş Dövlət Yol Polisi İdarəsi olaraq, biz, sürücünün diqqətini yayındıran bütün hərəkətlərdən çəkinməsinin tərəfdarıyıq. Sürücünün sükan arxasında olarkən teelfondan istifadən edərək hansısa informasiya alması onun emosiyalarına təsir edirsə, onun avtomobili sürətlə idarə etməsi, tormozlama, qəfil manevr etməsi və ya ümumiyyətlə idarəetməni itirməsi ilə nəticələnə bilər”.
Mübariz Ağayev həmçinin qeyd edib ki, sürücünün sükanı buraxaraq telefonla məşğul olması xüsusi riskli hərəkət kimi nəzərə alınmalıdır.
“Bu davranış özü avbtomobilin idarə edilməsində xüsusi çətinlik yarada bilər. Ümumiyyətlə, bu mövzu vaxtaşırı müzakirə olunur ki, sürücü telefonu əlində saxlamır, səsli mesaj göndərirsə, qulaqlıqdan istifadə edirsə, niyə cərimələnməlidir? Məsələ telefondan avtomobil idarə edərkən necə istifadə etmək deyil. Sürücü avtomobil idarə edərkən onun bütün diqqəti həmin an icra etdiyi əməldə olmalıdır. Bütün hallarda telefondan istifadə edərək maşın sürmək sürücünün bütün hiss və diqqətini gələcək zəngə, mesaja yönəldir və bu da qəzaları qaçılmaz edir. Sürücülərə tövsiyyə edirik ki, avtomobil idarə edərkən mobil cihazlardan istifadə etməsinlər”.

Qurum rəsmisi sonda onu da vurğulayıb ki, sosial platformalar bu cür müsbət addımları bir-birlərindən nümunə olaraq götürməli və tətbiq etməlidirlər.
Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə telefonu avtomobilin salonundakı şitə bərkitməklə, yaxud diz üstündə, ötürücülər qutusunun yanındakı dirsəklikdə istifadə edən sürücülər həmin ölkənin qanunvericiliyinə əsasən cərimə olunur.
Səfər
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO












