Yol polisinin qanuni tələbinə əməl etməyən sürücüsü saxlanıldı - VİDEO

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Howo” markalı, 21-BJ-353 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İbrahimov Rəhman Sahib oğlu polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.
Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ ) YPX Alayının VII taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Rəhman İbrahimov saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İbrahimov inzibati qaydada həbs edilib.
BDYPİ sürücülərin diqqətinə çatdırır ki, belə hüquqazidd əməllərə yol verən şəxlərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












