Yol polisləri insult keçirən yeniyetmənin həyatını xilas etdi – Ailəsindən TƏŞƏKKÜR

Qaradağ rayonu ərazisində halı pisləşən azyaşlının köməyinə yol polisləri gəlib. Bu barədə Avtosfer.az-a uşağın yaxınları məlumat verib. Bildiriblər ki, hadisə avqustun 29-da səhər saatlarında baş verib. 2008-ci il təvəllüdlü Şahbazov Ə. qəfil olaraq insult keçirərək koma vəziyyətinə düşüb. Ailəsi onu təcili şəkildə Bakı şəhərinə apararkən Şıx qəsəbəsi ərazisində xidmət aparan yol patrul xidmətinin əməkdaşlarına müraciət ediblər.
Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dərhal reaksiya göstərərək avtomobilin önündə hərəkət edib, uşağın tez bir zamanda xəstəxanaya çatdırılması üçün yolu açıq saxlayıblar. Lakin Bibiheybət məscidi yaxınlığında ailənin avtomobilində texniki nasazlıq yaranıb. Bu zaman polis əməkdaşları vəziyyəti nəzarətə götürərək uşağı öz xidməti avtomobillərinə mindiriblər və vaxt itirmədən xəstəxanaya çatdırıblar.
Onlar bununla kifayətlənməyərək ailəyə maddi dəstək də təklif ediblər. Şahbazov Ə.nin yaxınları göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına dərin təşəkkürlərini bildiriblər: “Əsl Azərbaycan polisi budur. Var olsunlar!”.
Fidan
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO













