Yol polislərinin bu hərəkətini kameraya çəkən sürücü NAZİRƏ MÜRACİƏT ETDİ - VİDEO

Bakıda daha bir köməksiz vəziyyətdə qalan sürücüyə yol polisləri köməklik göstərib. Bu barədə sürücü redaksiyamıza məlumat ünvanlayaraq qeydə aldığı videogörüntüləri elektron ünvanımıza göndərib. Avtosfer.az sürücünün müraciətini olduğu kimi təqdim edir:
“Mayın 20-i səhər saatlarında hamilə olduğu üçün halı pisləşən yoldaşımı təcili xəstəxanaya çatdırmalı oldum. Yolda olarkən yoldaşımın və dünyaya gələcək övladımızın həyatı risk altında olduğu üçün paytaxtın Koroğlu Rəhimov küçəsində xidmət aparan yol polisi əməkdaşlarına yaxınlaşaraq vəziyyəti onlara izah etdim. Vəziyyətin həqiqətən də ciddi olduğunu görən yol polisləri dərhal məni müşayiət edərək xəstəxanaya çatmağıma kömək etməyə çalışdılar. Onlar tıxac olan ərazilərdə, svetoforun qırmızı işığı yanan küçələrdə təhlükəsizliyimizi qoruyaraq bizim üçün yol açdılar və vaxtında klinikaya çatdırdılar. Lakin həmin vaxt həyəcanlı olduğum üçün onlara təşəkkürümü çatdıra bilmədim. Avtomobilimin kamerasına qeyd olunan görüntülərə baxış keçirərkən məlum oldu ki, yoldaşımın həyatını Bakı şəhər DYP İdarəsinin rəis müvaini - 10-YP-303, 10-cu tağımın komandiri Dilbazi Nəbiyev - 99-YP-470 və 99-YP-478 qeydiyyat nişanlı patrul maşınlarının əməkdaşları xilas edib”.
Sürücü, yoldaşının və dünyaya gələcək övladının həyatını xilas edən yol polisi əməkdaşlarına, o cümlədən Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirir.
Təbriz Yusubov
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR










