"Yolunuzu bizdən salın!" yarışı davam edir - FOTO

Mayın 8-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə növbəti onlayn yarış olub. Yarış Cəlilabad, Beyləqan, Goranboy, Hacıqabul, Kürdəmir, Samux, Göygöl, Şamaxı, Ucar rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilib.
Məqsəd respublikamızın müxtəlif bölgələrində təhsil alan şagirdlərin yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq, onların bu sahəyə marağını artırmaqdan ibarət olub.
Yarışda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis mayoru Araz Əsgərli, polis baş leytenantı Pərvanə Muradova, Samux rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Kamal Rəsulov, Kürdəmir rayon Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Ruslan Talıbov, Ucar rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Seymur Tağıyev, Şamaxı rayon Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Orxan Yolçuyev, Goranboy rayon Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Aftandil Mayılov, Hacıqabul rayon Dövlət Yol Polisi İdarəsinin polis mayoru Rəşad Xəlilov, Beyləqan rayon Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Telman İbrahimli, Göygöl rayon Dövlət Yol Polisi İdarəsinin inspektoru, Fariz Əliyev, Cəlilabad rayon Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Bəhruz Abbasov, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və rayon uşaq-gənclər inkişaf mərkəzlərinin əməkdaşları, müəllimlər və valideynlər iştirak edib.
Münsiflər heyəti: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsininin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis mayoru Araz Əsgərli, polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova olub.
Yarış Cəlilabad, Beyləqan, Goranboy, Hacıqabul, Kürdəmir, Samux, Göygöl, Şamaxı, Ucar rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərindən təşkil olunmuş 9 komanda arasında 2 raundda keçirilib. Hər komanda 5 üzvdən ibarət olub. 45 şagirdin cəlb olunduğu yarışın I raundunda mövzu ilə bağlı rəsm çəkilib, II raundunda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb.
Hər bir komandanın mövzu ilə bağlı çəkdiyi rəsmlər qiymətləndirilərək onların nəticələrinə əlavə olunub.
Yarışın nəticəsinə görə Göygöl rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası I, Samux rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası II, Ucar rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası isə III yerə layiq görülüblər.
DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ
DYP-dən hava limanı yolu ilə bağlı sürücülərə MÜRACİƏT
Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Vilayət Eyvazov sıra baxışında 175 nəfəri seçdi; 14-ü Vətən müharibəsi iştirakçısıdır - FOTO - VİDEO
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR






























