YPX əməkdaşları yolda qalan sürücüyə belə kömək etdi – Operativ reaksiya - VİDEO

Bakıda sürücü ona kömək edən yol polislərini videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, təqdirəlayiq hadisə oktyabrın 20-də paytaxtın Neftçilər prospektində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus 77-YG-058 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin akkumlyatorunda anidən nasazlıq yaranıb. Nəticədə sürücü maşını yolun hərəkət hissəsində saxlamalı olub. Bu zaman yaxınlıqda xidmət göstərən Bakı şəhər Dövlət Yol Polisinin YPX Alayının tağım komandiri polis mayoru Dayandur Quliyev tağımın əməkdaşı – Ülfan İbrahimovu və Nail Hüseynlini köməksiz qalan vətəndaşa dərhal yardım etməyə göndərib. YPX əməkdaşları akkumlyatoru “ölən” maşını hərəkətə gətirmək üçün cərəyan ötürücüsü gətirib və yaranmış nasazlığı qısa müddətdə aradan qaldırıblar. Proses zamanı bir polis əməkdaşı sürücüyə yardım edərkən digəri hərəkətdə olan nəqliyyat vasitələrini istiqamətləndirərək yolu açıb. Sonda sürücü ona yardım edən yol polislərinə minnətdarlığını bildirib.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












