Yol polisindən GECƏ REYDİ: xeyli sürücü saxlanıldı - FOTO - VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində avtomobillərində konstruksiya dəyişikliyinə yol verən, sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə sükan arxasına əyləşən, dövlət qeydiyyat nişanı yerində olmayan,nəqliyyat vasitələrinə kustar üsulla hazırlanmış pərdələr quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtoxuliqanlıq edən və digər qayda pozuntuları törədən intizamsız sürücülər aşkar olunub.
Onların avtomobilləri müvəqqəti duracağa yerləşdirilib və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülərin maarifləndirilməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















