Bundan sonra piyadalara cəriməni onlar yazacaq - AÇIQLAMA

Bu gün Daxili işlər naziri, general-polkovnık Vilayət Eyvazovun əmriylə keçidlərdən düzgün istifadə etməyən piyadalara qarşı inzibati protokol tərtib edən post-patrul xidməti əməkdaşlarının fəaliyyətinə xitam verilib. Nazirin əmrinə əsasən həmin əməkdaşlar bundan sonra fəaliyyətlərini öz yerlərində davam etdirəcək. Yəni post-patrul xidmətinin əməkdaşı olaraq öz işlərini davam etdirəcəklər ve piyadalara qarşı hər hansı inzibati tənbeh tədbiri həyata keçirə bilməyəcəklər. Lakin bu proses bəziləri tərəfinfən yalnış olaraq sosial şəbəkələrdə və bəzi KİV-lərdə "piyadaların cəriməsi ləğv olundu", "piyadalar bundan sonra cərimələnməyəcək" kimi qələmə verilib.
Avtosfer.az saytının baş direktoru Elməddin Muradlı bildiib ki, nazirin bu göstərişi sadəcə polisin həyata keçirdiyi bir funksiyanın digər xidmətə verilməsi ilə bağlıdır. Yəni bu o demək deyil ki, bundan sonra piyadalar cərimələnməyəcək. Nazirin əmrindən də göründüyü kimi, bu proses bundan sonra yol polisi əməkdaşları tərəfindən həyata keçiriləcək. Çünki yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarət yol polisinin funksiyasıdır. Sadəcə olaraq ötən ilin mart ayından etibarən zərurət yarandığı üçün post-patrul xidmətinin əməkdaşları yol polisinə ezam olunmuşdur və onlar piyadalara qarşı tədbirlər həyata keçrirdi. Amma görünür həmin əməkdaşların fəaliyyəti ilə bağlı narazılıqlar , şikayətlər olduğuna görə onların öz xidmət yerinə qaytarılması barədə göstəriş verilib. Piyadalar arxayın olmasınlar ki, bundan sonra onlara heç kim cərimə yazmayaaq. Yəni konkret olaraq piyadalar bilməlidir ki yol hərəkət qaydalarını pozduqda, piyada keçidlərindən istifadə etmədikdə yol polisi əməkdaşları onları cərimə edə bilər.
Orxan
Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə! - VİDEO
Birgə nikah dövründə gizli satılan əmlakın pulu yarıya bölünməlidir? - Deputatlar danışdı
Ən yaxşı sürücünün hanı keyfiyyətləri olmalıdır? – Aqil Rəhimov AÇIQLADI - VİDEO
Bu səhvi təkrarlayan sürücülər zəncirvari qəzaya səbəb olur - Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Yolayrıcında işıqfor varsa hansı nişanlar qüvvəsini itirir? - İZAHLI VİDEO
Döngələrdə avtobusla toqquşmamaq üçün sürücü nə etməlidir? – TÖVSİYƏ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: Bu halda 100 manat cərimə olunacaqsız
Küləkli və qarlı havalarda sürücülər bu qaydalara riayət etməlidir – Aqil Rəhimov - VİDEO
Bu prospektdə diqqətli olun; bəzən qəza qaçılmaz olur – AQİL RƏHİMOV - VİDEO
Qarlı ərazidə batan maşını necə çıxartmaq olar? – Sürücülərə TÖVSİYƏ
Avtomobillərə qoyulan ucuz qiymətlə bağlı diqqətli olun – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO










