2 avtomobil hərrac yolu ilə satılacaq - QİYMƏTLƏR
İcbari Sığorta Bürosuna məxsus 2 ədəd avtomobil hərrac yolu ilə satışa çıxarılacaq.
İcbari Sığorta Bürosundan Marja-ya verilən məlumata görə əmlakların satışı ilə bağlı hərrac 5 avqust 2021 –ci il tarixində saat 11.00-da keçiriləcəkdir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC” tərəfindən Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir. Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni “Honda Accord” minik markalı avtomobili üzrə 1600 (min altı yüz) manat məbləğində; “Volkswagen T-5” minik markalı avtomobili üzrə 4200 (dörd min iki yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.
Hərracda iştirak haqqı ilkin satış qiymətinin 2%-i, yəni “Honda Accord” minik markalı avtomobili üzrə 350 (üç yüz əlli) manat məbləğində; “Volkswagen T-5” minik markalı avtomobili üzrə 500 (beş yüz) manat məbləğində ödənilməlidir. İştirak haqqı hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür: