2015-ci ilin rus maşınları satışa çıxarılıb

2015-ci ildə Rusiyada istehsal olunmuş minik avtomobillərinin Bakıda satışına başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə fins.az-a bu avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi “Xəzər Lada” şirkətindən bildirilib. Söhbət yeni model “Granta”, “Kalina” və “Priora” avtomobillərindən gedir. Opsiyalarından aslı olaraq “Kalina” avtomobilləri 9500-10500 manat, “Priora” modelləri 10200-10800, “Niva” maşınları isə 8500-9000 manata satılır. Bu arada, 2014-cü il model rus avtomobillərinin qiymətləri artıb. Belə ki, ötən il buraxılmış “Priora” avtomobillərinin qiymətlərindəki 1300 manatlıq endirim ləğv edilib. Əvvəl endirimlə 8900 manata satılan avtomobil indi endirimsiz qiymətlə 10200 manatdır. “Niva” avtomobilləri isə əksinə ucuzlaşıb. Belə ki, əvvəl 9600 manata satılan “Lada 21214” avtomobilləri indi müştərilərə 8500-9000 manata təklif edilir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










