2020-ci ildə Azərbaycanda rekord sayda “Mazda” satıldı

2020-ci ildə “Mazda” Azərbaycan rekord sayda satış edib. Rəsmi distribüter “Mazda” Azərbaycan bu uğura görə ilk növbədə “Mazda”nı seçən çoxsaylı alıcılara xüsusi təşəkkürünü bildirib. “Mazda” Azərbaycanın nümayəndəsi Fuad Qəhrəmanov bu yüksək satış göstəriciləri və qazandıqları mükafatla bağlı fikirlərini bizimlə bölüşüb:
“Xüsusilə COVID-19 pandemiyasının hər sahədə çətinliklər yaratdığı bir dövrdə satış həcminin artırılmasına görə “Motor Corporation” tərəfindən “Volume Increase Award” mükafatına layiq görülmüşük. Qeyd edək ki, bu mükafat “Mazda Distributor Commendation Program 2020” qlobal proqramı çərçivəsində verilir. Biz hər zövqə və tələbə uyğun modellər təklif edərək ölkəmizdə “Mazda” brendinə olan marağı daima canlı saxlamağa çalışırıq. Görünür ki, əsas məqsədimizə nail olmuşuq. Bu mükafat alıcıların “Mazda” Azərbaycana etibarını bir daha sübut edir və onların dəstəyinin nəticəsi olduğuna görə bizim üçün xüsusi əhəmiyyət daşıyır. Buna görə də “Mazda” avtomobillərini seçən hər kəsə təşəkkürümüzü bildiririk. Bu qlobal mükafat bizim birgə uğurumuzdur”.
Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...












