2022-ci ilin ən çox satılan avtomobilləri - FOTO

2022-ci il dünya avtomobil sənayesi üçün həm pis, həm də yaxşı olub.
Avtosfer.az-ın xəbərinə görə, pandemiya ilə bağlı məhdudiyyətlərin götürülməsi satışların artmasına səbəb olub. Lakin detal qıtlığı istehsalat üçün ciddi maneə olaraq qalıb.
Ən çox maşın satan şirkətlərə gəlincə, yenə də liderlik Toyota (həmçinin Lexus, Daihatshu və Hino brendləri) və Volkswagen (həmçinin Audi, Porsche, Bentley, Traton) qruplarına aiddir. Ötən il yapon istehsalçı 10 483 024, alman konserni isə 8 260 000 avtomobil satıb.
Hyundai Kia alyansı 6 848 198 maşınla podiumun üçüncü pilləsində qərarlaşıb.
Renault Nissan Mitsubishi qrupunun dördüncü yerə düşməsinə Ukrayna müharibəsi səbəb olub. Qrupun Rusiyada sahib olduğu AvtoVAZ brendi ildə təxminən yarım milyon avtomobil istehsal edirdi.
Beşinci yerdə isə illik 5 839 000 satışla Stellantis qrupu qərarlaşıb.
2022-ci ildə satışların artmasına görə Çinin BYD (154%) və ABŞ-ın Tesla (40%) brendləri liderlik edir. Bunun da səbəbi onların başlıca istehsalının elektromobil olmasıdır.
Vüqar
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











