ABŞ-da 1981-ci ilin Lada Niva ofrouderi satılır - FOTO

ABŞ-da fəaliyyət göstərən məşhur Copart həırracında 1981-ci ilin istehsalı olan tüninq edilmiş Lada Niva 4x4 ofrouderi satışa çıxarılıb. Odometrində 10.958 kilometr göstərici olan ofrouder əla vəziyyətdədir. Hal-hazırda, «Niva»-nın qiyməti 4550 dollara çatıb.
Hərracın dərc etdiyi şəkillərdən göründüyü kimi, 39 yaşlı Nivanın kuzovu yaşına görə yaxşı qorunub-saxlanılıb: kuzovun üzərində batıq və pas yoxdur. Avtomobil hündürləşdirilmiş asqı və iri yolsuzluq şinləri ilə təchiz edilib. Bundan əlavə, "Niva" nın ön bamperdə bucurq, qanadlarda isə qara plastikdən örtmələr quraşdırılıb. Ofrouderin salonunda inkişaf etdirilmiş yan dəstəyi olan dəri oturacaqlar da quraşdırılıb.
Lada Niva 4x4 modelinin kapotunun altında 83 at qüvvəsi və 126 Nm fırlanma anı hasil edən 1,6-litrlik benzin mühərriki yerləşir. Mühərrik 4-pilləli mexaniki ötürmələr qutusu və daimi tam ötürmə ilə bilrlikdə çalışır.
Hazırda Lada 4x4 modeli Şimali Amerikaya göndərilmir. Bu avtomobil isə, 1980-ci illərdə Kanadaya ixrac edilmişdir.
Mənbə: Copart
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir











