ABŞ-ın Azərbaycandakı səfirliyi maşınlarını satışa çıxarır

İyunun 21-də ABŞ-ın Azərbaycandakı səfirliyi ikinci əl avtomobillər üzrə qapalı hərrac keçirir. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hərrac 09:00 - 11:00 arasında ABŞ səfirliyinin Məmmədşərif Həmidov, 51 ünvanında yerləşən anbarında baş tutacaq.
Hərracın qaydaları, eləcə də avtomobillər ilə həmin vaxt müddətində tanış olmaq mümkündür. Qalib gəlmiş şəxslər mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə dərhal həyata keçirməlidir.
Hərraca iki ədəd "Ford Ranger” markalı avtomobil çıxarılacaq. Hər iki avtomobilin istehsal ili 2000-ci ildir və ilkin hərrac qiyməti müəyyən edilməyib. Hər iki avtomobil üçün gömrük rəsmiləşdirilməsi həyata keçirilməyib. Bu avtomobilləri alacaq şəxslərin əlavə olaraq 15 min manat gömrük rəsmiləşdirilməsinə xərcləri çıxacaq.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










