Aeroport yolunda yeni avtobuslar - FOTO

Bakıya gələn turistlərə və ölkə vətəndaşlarına yüksək səviyyəli xidmət göstərmək üçün Heydər Əliyev adına Hava Limanına işləyən sərnişin avtobusları yenilənib.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri İslam Qasımlının anspress-ə verdiyi məlumata görə, aeroportdan “28 may” metrosu yaxınlığına 116 saylı avtobus işləyəcək.
Həmin istiqamətə işləyən avtobuslar yeni Avropa standartlarına uyğun yeni avtobuslardır. Həmin avtobuslar Səməd Vurğun bağından aeroport istiqəmətinə hərəkət edəcək. Onların arasında 15 dəqqiə interval olacaq.
Qeyd edək ki, avtobus Avro-5 standartlarına uyğundur. Avtobusda 3 kamera var. Sürücü kabinəsində isə monitor quraşdırılıb. Sürücü monitor vasitəsilə avtobusu bütünlüklə görə bilir. Avtobusda baş verənlər isə kameranın yaddaşına yazılır. Sürücü səsgücləndirici vasitəsilə sərnişinlərə müraciət də edə bilər.
Sərnişin avtobusunda kondisioner və istilik sistemləri quraşdırılıb.
Qeyd edək ki, yeni avtobuslar İtaliya və Türkiyənin birgə istehalıdır.
Yeni avtobusların ən mühüm xüsusiyyəti isə arxa və ön hissələrin yola uyğun idarə ediliməsidir.








İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir








