Alman avtomobilləri daha az etibarlıdır - SORĞU

Almaniya istehsalı olan avtomobillər Yaponiya avtomobillərinə nisbətən daha az etibarlıdırlar. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, britaniyalı mütəxəssislər 50 min avtomobil sahibləri arasında sorğu keçirərək bu qənaətə gəliblər. Daha sonra nəticələr əsasında keyfiyyət siyahısı hazırlayıblar. Siyahıda Almaniya avtomobil istehsalçıları 6 ən aşağı mövqedə qərarlaşıblar. Yaponiya istehsalçıları isə daha yüksəkdə olan 4 pilləni tutublar. "Bentley" avtomobilləri isə 37 marka arasında ən etibarsız avtomobil olub. "What Car?" və "Warranty Direct" jurnallarının sifarişi ilə keçirilən sorğuda Yaponiyaya məxsus "Honda" daha yüksək yerləri tutub. "Honda"nın uğuru texniki imtinaların daha az olmasındadır. Bundan başqa, onların təmiri də daha ucuz başa gəlir", - deyə "What Car?" jurnalının redaktoru Cim Holder bildirib.
"Bentley" şirkəti isə bildirib ki, bu sorğu ədalətli deyil. "Çünki sorğuya şirkətin yalnız 4 avtomobili daxil edilib. "Rolls Royce" kimi markalar daxil edilməyib". Jurnalistlər isə bu maşınların sorğuya daxil edilmək üçün çox az olduğunu bildiriblər. Belə ki, sorğuya yalnız ən çox istehsal olunan avtomobillər daxil edilib.
Qeyd edək ki, etibarlılıq indeksi avtomobilin məruz qaldığı təmirlərin sayı və qiyməti ilə müəyyənləşdirilirdi.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










