Almaniyada elektromobil satışında rekord ilsonu artımı

İki illlik dərin böhranın ardınca 2022-ci ildə Almaniyanın avtomobil bazarında canlanma müşahidə olunub. Ötən il ölkədə 2 milyon 650 min təzə avtomobil satılıb. Bu da illik əsasda 1,1% artım deməkdir.
Avtosfer.az xəbər verir ki, bu statistikanı Almaniyanın Federal Avtomobil Agentliyi KBA yayıb.
Almaniya iqtisadiyyatının əsasını təşkil edən avtomobil sektoru 2020-2021-ci illərdə dərin böhran keçirib. Ölkənin birləşdiyi 1989-cu ildən sonra avtomobil sənayesi ən ağır günlərini yaşayıb. Əvvəlcə koronavirus pandemiyasına görə istehsal dayanıb, ardınca yarımkeçirici qıtlığı və təchizat zəncirinin pozulması baş verib. Satışlar 30 illik minimuma düşüb. Ukrayna böhranı fonunda enerjinin bahalşaması və inflyasiya da sektora ciddi zərbə vurub. Lakin ötən avqustdan başlayaraq müəyyən canlanma qeydə alınıb. Dekabrda isə satışlar illik əsasda 38% artıb ki, bu da ili müsbət göstəricilərlə başa vurmağa imklan verib.
Ötən ilin sonundakı ciddi sıçrayışa rəğmən avtomobil bazarında pandemiyadan əvvəlki vəziyyətə çatmaq mümkün olmayıb. Əgər 2019-cu ildə 3,6 milyon avtomobil satılmışdısa, ötən il göstərici bundan 1 milyon az olub. Hökumətin yanvardan etibarən elektromobil alanlara güzəşti ləğv edəcəyi ilə bağlı xəbər dekabr ayında satışların artmasına səbəb olub.
Ötən dekabrda Almaniyada 174 000 təzə elektromobil və hibrid avtomobil satılıb ki, bu da illik 114 % artım deməkdir. Almaniyanın Federal Avtomobil Agentliyi bildirir ki, ilk dəfə olaraq ay ərzində satışların yarıdan çoxunu elektromobil təşkil edib. Lakin cari ildə bu texnikanın satışında azalma proqnozlaşdırılır. Səbəb də sadədir: elektrik bahalaşır, elektromobillərə güzəşt ləğv edilir. Ölkədə qeydə alınan 7.9%-lik inflyasiya da əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir edir. Bu amil özünü təkcə avtomobil satışında deyil, bütün sahələrdə göstərir.
Vüqar
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











