Almaniyadan avtomobil gətirənlərə bəd xəbər - Sərhədlər açılmır
Almaniya avtomobil alqı-satqısı ilə məşğul olan şəxslərin və turist səfəri planlaşdıranlara sərhədlərini hələ bir müddət bağlı saxlayacaq. Avtosfer.az xəbər verir ki, bu barədə avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev bildirib. O deyib ki, aprelin 22-də Avropa ölkələrinin başçıları ilə Avropa Komissiyası arasında sərhədlərin açılıb-açılmama məsələsi müzakirə edilib. Geniş müzakirələrdən sonra bir çox ölkələr öz qərarlarını açıqlayıblar:
Avstriya – Almaniya, İtaliya, İsveçrə, Lixtenşteyn, Macarıstan və Sloveniya ilə sərhəddi noyabrın 11-nə kimi bağlı saxlanılacaq.
Belçika – ölkəyə giriş mayın 8-nə kimi qadağandır.
Almaniya – Avstriya ilə quru sərhəddi noyabrın 11-nə kimi, İsveçrə, Fransa, Lüksemburg, Danimarka, İtaliya və İspaniya ilə isə quru və hava sərhəddi hələlik 5 maya kimi bağlı saxlanılsın. Bu qərar sonradan sentyabrın 15-nə kimi uzadıla bilər.
Portuqaliya və Estoniyanın sərhədləri 1 may tarixinə kimi bağlıdır.
Norveç ölkəyə girişi avqustun 13-nə kimi qadağan edir.
Danimarka – Almaniya, İsveç, Norveçlə quru və dəniz sərhəddi noyabrın 12-nə kimi bağlı saxlayacaq.
Çexiya və polşa – hələlik mayın 1-nə kimi bağlı saxlanılacaq.
Qəbul olunmuş qərara görə, bağlı olan sərhədlərdən keçid yalnız müəyyən istisnalarla olacaq. Belə ki gediləcək ölkədə yaşayış icazəsi olan, işləyən və ya 1-ci dərəcəli ailə üzvləri olan şəxslər və yük avtomobilləri sərhəd-keçid məntəqələrindən keçə bilərlər. Turistik viza ilə həmin ölkələrə giriş və tranzitdən istifadə tamamilə qadağandır.
Bundan əlavə Avropa Komissiyası şengen olmayan (3-cü ölkələr - Azərbaycan da bura aiddir) ölkələrdən Avropa ölkələrinə girişi sentyabrın 15-nə kimi qadağan etmək niyyətindədir.
Qeyd edək ki, bu isə öz növbəsində birinci və ikinci əl maşın bazarına, o cümlədən qiymətlərə birbaşa təsir edəcək. Bu ölkənin sərhədlərini bağlaması avtomobil bazarında qiymət artımını qaçılmaz edir.
Emin