Aprel ayında yeni avtomobillərin satışları kəskin şəkildə azalıb

COVID-19 pandemiyasının avtomobil sektoruna vurduğu ziyan barədə artıq dəfələrlə məlumat vermişik. Karantin rejiminin tətbiq edilməsi, sektoru demək olar ki, iflic vəziyyətinə salıb. Diler mərkəzlərinin bağlanması Satışların kəskin Azalmasına gətirib çıxarıb.
Məsələn, aprel ayının nəticələrinə görə, Fransa bazarı 2019-cu ilin eyni ayı ilə müqayisədə 89% azalıb: pandemiya səbəbindən cəmi 20997 yeni avtomobil qeydiyyata alınıb ki, bu da son 70 ildə qeydə alınmış ən aşağı nəticədir. İspaniyada satışlar 97% (4163 ədəd), Hollandiyada 53% (15373 ədəd) azalıb. ABŞ-ın avtomobil bazarı da 53% çöküb - ölkədə 625 min yeni avtomobil satılıb. Sonuncu dəfə bənzər nəticə 30 il bundan əvvəl qeydə alınmışdı. Ən vahim vəziyyət isə, Hindistanda qeydə alınıb - satışlar sıfıra düşüb. Dilerlərin işinə tamamilə qadağa qoyulması, aprel ayında yeni avtomobillərin satışlarının tam dayanmasına səbəb olub.
Avropanın ən iri bazarlarından biri olan Almaniya hələlik aprel ayının nəticələrini açıqlamayıb. Lakin, mart ayında ölkədə satışların 32% azalması qeydə alınmışdı.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










