"Audi RS3" modellərinin görüntüləri olan videoçarxı dərc edib - VİDEO

Audi şirkəti yeni nəsil “bərkgedən” Audi RS 3 modellərinin ilk rəsmi şəkillərini yayımlayıb. Hetçbek və sedan hələ də sınaqdan keçirildiyinə görə, kamuflyaj örtüyünə malikdirlər. “Bərkgedən” sedan və hetçbek adi A3/S3 modellərindən genişlənmiş qanadları, böyük ölçülü təkər diskləri, aqressiv bamperləri və buraxılış sisteminin iri çıxış boruları ilə fərqlənirlər.
Audi RS 3 ailəsinin 2,5-litrlik beşsilindrli turbomühərriki qoruyacağı dəqiqdir. Əvvəlki nəsildə və mövcud Tolan T RS və RS Q3 modellərində bu aqreqat 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edir.
Bununla birlikdə, ilkin məlumata görə, yeni RS-lər üçün onun hasilatı 420 at qüvvəsi və 500 Nm-ə yüksəldiləcədir. Avtomobillərin ilk kütləvi nümayişi sentyabrda ilk dəfə Münhendə keçiriləcək IAA avtosalonunda baş tutacaqdır. Lakin modellərin onlayn təqdimatı sərgidən əvvəl keçirilməlidir.
Yeni nəsil Audi RS 3 sedan və hetçbekin debütü ilə Audi Sport bölməsinin model xəttində 15 ədəd R/RS avtomobili (müxtəlif kuzovlar daxil olmaqla) olacaqdır. Keçən il belə avtomobillərin satış həcmi növbəti rekorda imza atıb: 29.300 nüsxə (2019-cu illə müqayisədə 16 faizlik artım).
Bir müddət bundan əvvəl Audi Sport bölməsi “bərkgedən” model çeşidində ilk elektromobil - Audi RS e-tron GT sedanı peyda olub. 2024-cü ildə R/RS modellərinin yarısından çoxunun elektrikləşdiriləcəyi bildirilir.
Bu sıraya startyor-generatoru (RS 6, RS 7 və RS Q8 modellərinn belə versiyaları artıq var) olan sadə “yumşaq” hibridlər də daxil olacaqdırlar. Bununla birlikdə, on illiyin sonunda Audi Sport bölməsinin çeşidində yalnız təkrar doldurulan hibridlər və elektrokarlar qalmalıdırlar.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











