Avropa İttifaqında yeni avtomobillərin satışı xeyli artıb

Avropa İttifaqı ölkələrində may ayında 891,66 min yeni avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur.
Avtosfer.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının hesabatına görə ən böyük artım İspaniyada (2,8 dəfə), Fransada (46,4 %), İtaliyada (43 %), Almaniyada (37,2 %) qeydə alınıb.
O cümlədən “Volkswagen Group”un istehsal etdiyi avtomobillərin satışında hesabat dövründə 1,7 dəfəlik, Fransanın “Stellantis” qrupunun (keçmiş “Fiat” ilə FSA) 1,5 dəfəlik, “Renault” qrupunun 22,5 %-lik artım baş verib.
Cari ilin 5 ayı ərzinsdə isə Avropa İttifaqı ölkələrində 4,3 milyon yeni avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,5 % çoxdur. Yanvar – fevral ayılarında satışların xeyli azalması sonrakı üç ay ərzində kəskin artımla əvəzlənib. O cümlədən İtaliyada artım 62,8 %, Fransada 50,1 %, İspaniyada 40 %, Almaniyada 12,8 % artım qeydə alınıb.
Qeyd edək ki, pandemiyadan əvvəlki dövrdə 2019-cu ilin may ayında yeni avtomobil satışları 1,2 milyon olub.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










