Avropada avtomobil satışında artım tendensiyası davam edir

Avropada avtomobil satışında davamlı artım müşahidə olunur. Artıq 6 aydır müsbət tendensiya davam edir. Lakin artım bütün istehsalçılara və ölkələrə aid deyil.
2022-ci ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqında təzə avtomobil satışları 11,3% artıb. Ötən ay ittifaqda 760 041 yeni avtomobil sahibini tapıb. Lakin 6 ay davam edən artıma rəğmən koronavirus pandemiyasından əvvəlki dövrdəki göstəriciyə çatmaq mümkün olmayıb. 2019-cu ilin yanvarında ittifaqda 1 milyondan çox maşın satılmışdı.
Avtosfer.az-ın xəbərinə görə, bu statistika Avropa Avtomobil istehsalçıları Assosiasiyasının son hesabatında yer alır.
Assosiasiya bildirir ki, əsqas bazarlar olan İspaniyada artım 51%, İtaliyada 19%, Fransada 8,8% olub. Əsas avtomobil istehsalçısı olan Almaniyada isə əksinə, satışlar 2,6% geriləyib.
Avtomobil satışları marka və konserlərə görə dəyişib. “Renaut” qrupunda satış 24,6%, “Volkswagen”də 10,6% artdığı halda “Stellantis” qrupunda artım cəmi 0,9% olub.
Avropa bazarında daxili yanma mühərrikli avtomobillər sayca üstün olsa da, hibrid və elektromobil satışı artıb. Ötən ay hibrid modellərin satışında artım 26%, elektromobildə isə 9,5% olub. Tesla şirkəti hesabat dövründə 8749 maşın satıb ki, bu da illik əsasda 1097% artım deməkdir.
2021-ci il kimi 2022-də Avropanın avtomobil sənayesi üçün ağır olub. Əgər 2021-ci il zavodların bağlanması ilə yadda qalmışdısa, ötən il əsas çətinlik çip qıtlığı olub. Bu da başlıca olaraq ucuz modellərin sitehsalını ləngidib.
Vüqar
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir










