Avtomobil almaq istəyənlər, tələsin — Qiymətlər BAHALAŞIR - VİDEO

Maşın çox, alıcı az. Ənənəvi olaraq yalnız həftə sonlarında işləyən maşın bazarında satıcılar, alıcı qıtlığından şikayətlənir. Onların sözlərinə görə elə bazara girən hamı satılan maşının qiymətini soruşur, sonra isə elə gəldiyi kimi də çıxıb gedir. Alıcılar qiymətlərin baha olduğu fikrindədirlər.
Bir vaxtlar həm avtomobil, həm də alıcı ilə qaynayan bazarda indi sakitlik hökm sürür. Satıcılar deyir ki son aylar bazarda demək olar ki alıcı yoxdur. Kifayət qədər adam gəlir, maraqlanır gedir. Amma maraqlananlar maşın almadan bazardan çıxırsa onları alıcı adlandırmaq olmaz.
Elə satıcıların dediyi kimi bazarda demək olar tək-tük satıcı var idi ki, onlar da kameraya gorünmək istəmədilər.
Alıcılardan narazı olan bu satıcı isə deyir ki, gələnləri maşının saz vəziyyətdə olmasından çox görünüşü maraqlandırır.
Satıcılar benzinlə işləyən avtomobilləriin qiymətinə nisbətən dizel yanacağı ilə işləyən avtomobillərin qiymətinin artdığını da deyirlər.
Satıcılar bildirdilər ki, Aİ-95 markalı benzin bahalaşdıqdan sonra hibrid və dizel mühərrikli avtomobillərin satışında canlanma müşahidə olunur. Böyük həcmli mühərriki olan avtomobillərin isə qiyməti çox, alıcısı isə azdır.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










