Banner

Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ - Bu maşınlar dəyərini 50 faiz itirir - SİYAHI

Avtobazar 31 Yanvar 2024 22:38 Oxunub 2732
Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ  - Bu maşınlar dəyərini 50 faiz itirir - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təcrübəli sürücülər, bir avtomobili almadan əvvəl, onun köhnəlmə sürəti ilə maraqlanırlar.

Mütəxəssislər yenidən satmaq üçün sərfəli olmayan 10 avtomobilin adını açıqlayıb.

Lider üç illik istifadədən sonra ilkin dəyərinin 55,8%-ni itirən “Acura RLX” sedanı olub.

İkinci yerdə üç illik istismardan sonra qiymətinin 55,6%-ni itirən “Lincoln MKZ” sedanı qərarlaşıb.

Üçüncü yeri eyni dövr ərzində dəyərini 55,4% itirən “Mercedes-Benz E-Class” biznes sinif avtomobili tutub.

Dördüncü yerdə 54,8% ucuzlaşma ilə lüks sedan “Jaguar XF” qərarlaşıb.

İlk altılığa həmçinin “Cadillac XTS” və “Lincoln MKZ” Hybrid daxildir ki, onların hər biri üç il ərzində öz dəyərinin 54,5%-ni itirir.

İlk 10-luq siyahısına həmçinin “Kia K900” (54,4%), “BMW 5 Series” (53,8%), “Cadillac CTS” (53,8%) və “Audi A6” (53,3%) kimi modellər daxildir. (konkret.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh