Avtomobil bazarında “alver ölüb” – CƏDVƏL
“Gürcüstandan 12 avtomobil gətirmişəm, hamısı əlimdə qalıb, sata bilmirəm”, - deyən Azərbaycanda maşın alveri ilə məşğul İlqar Məmmədov bazarda durğunluq yarandığından şikayətlənir. Onun sözlərinə görə, artıq bir neçə ildir ki, ard-arda avtomobillərin aksiz vergisi bahalaşır və nəticədə, ölkəyə avtomobil idxalı azalır.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobil bazarında yaranan durğunluğu elə Dövlət Gömrük Komitəsinin yaydığı rəqəmlər də təsdiqləyir.
Məlumata görə, 2019-cu ilin yanvar ayında xarici ölkələrdən Azərbaycana idxal edilən maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin dəyəri 221 milyon 671 min ABŞ dolları olub, halbuki 2018-ci ilin yanvar ayın bu göstərici 2 milyard 588 milyon 935,3 min dollar (12 dəfə azalma) təşkil edib.
Nəqliyyat vasitələri və onların hissələrinin dəyəri 2019-cu ilin yanvarında 88 milyon 452,3 min ABŞ dolları olub, ötən ilin eyni dövründə isə bu göstərici 103 milyon 594,8 min dollar (5,8% azalma!) təşkil edib. Hələ onu da nəzərə alaq ki, bu göstəricilər aksiz markasının 50% baha alınması hesabına formalaşıb, yəni gömrük haqqı üzrə rəqəmlər ikiqat artırılıb, deməli, doğrudan da, avtomobil ticarəti ilə məşğul olanlar demiş, “alver ölüb”.
Hazırda əlində 10-12 min manatı olan normal maşın tapa bilmir, çünki bahalaşmadan sonra normal maşın anlamı üzrə qiymətlər 20 mindən başlayır.
Üstəlik, avtomobilin ehtiyat hissələri ilə Gürcüstan bazarından asılılıq hələ də yüksəkdir.
Səbəbinə gəlincə, İ.Məmmədov bunu belə izah etdi: “Bizdə maşın gələn kimi avtomatik gömrük rüsumu qoyulur, fərqi yoxdur, “ölüxana”ya gəlir, yoxsa istismar üçün. Amma orada gül kimi qayda-qanun var. Sökülmək üçün gələn avtomobil, doğrudan da, söküntüyə gedir, nəticədə, gömrük rüsumu beş dəfə az olur. Bu isə o deməkdir ki, Gürcüstanda ehtiyat hissələri dəfələrlə ucuzdur və avtomobil təmiri üzrə əldə edilən gəlirlər də paralel olaraq daha çoxdur”.
Gömrük rüsumundan söz düşmüşkən, Vergi Məcəlləsinin 190-cı maddəsinə əsasən, minik avtomobillərinə, istirahət və ya idman yaxtalarına və bu məqsədlər üçün nəzərdə tutulmuş digər üzən vasitələrə görə aksiz vergisi belə hesablanır.
Minik avtomobilləri:
Vergitutma obyektinin adı |
Aksizin dərəcəsi |
- mühərrikin həcmi 2.000 kubsantimetrədək olduqda |
Mühərrikin həcminin hər kubsantimetrinə |
- mühərrikin həcmi 3.000 kubsantimetrədək olduqda |
600 manat + mühərrikin həcminin 2.001 - 3.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 5 manat |
- mühərrikin həcmi 4.000 kubsantimetrədək olduqda |
5.600 manat + mühərrikin həcminin 3.001 - 4.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 manat |
- mühərrikin həcmi 5.000 kubsantimetrədək olduqda |
18.600 manat + mühərrikin həcminin 4.001 + 5.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat |
- mühərrikin həcmi 5.000 kubsantimetrdən çox olduqda |
53.600 manat + mühərrikin həcminin 5.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 70 manat |
- istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr |
Mühərrikin həcminin hər kubsantimetrinə |
Məcəllənin 190.4.1-1-ci maddəsində isə avtobuslara görə aksizlərin dərəcələri açıqlanıb: |
|
Vergitutma obyektinin adı |
Aksizin dərəcəsi |
- mühərrikin həcmi 4.000 kubsantimetrədək olduqda |
Mühərrikin həcminin hər kubsantimetrinə görə - 2 manat |
- mühərrikin həcmi 6.000 kubsantimetrədək olduqda |
8.000 manat + mühərrikin həcminin 4.001 - 6.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat |
- mühərrikin həcmi 8.000 kubsantimetrədək olduqda |
16.000 manat + mühərrikin həcminin 6.001 - 8.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 6 manat |
- mühərrikin həcmi 10.000 kubsantimetrədək olduqda |
28.000 manat + mühərrikin həcminin 8.001 - 10.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat |
- mühərrikin həcmi 10.000 kubsantimetrdən çox olduqda |
44.000 manat + mühərrikin həcminin 10.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 10 manat |