Avtomobil bazarında bu maşınların qiyməti qalxacaq - AÇIQLAMA

“Azərbaycanda iyul ayında ölkəmizə gətirilən yeni avtomobillərin qiymətində 2% yüksəlmə olub. İlin sonuna qədər yenə təxminən 2 faiz artımın olacağı gözlənilir”. Bu məlumatı Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib.
Onun sözlərinə görə, sözügedən artım yeni istehsal olunan avtomobillərə şamil olunacaq: “Bu artım Azərbaycan iqtisadiyyatı ilə əlaqəli deyil. İstehsalçı şirkətlər, zavodlar avtomobillərin qiymətindəki artımı ehtiyat hissələrinin bahalaşması və logistika xidmətlərinin yüksəldilməsi ilə əlaqələndirir”.
Ekspert həmçinin Rusiyadan gələn şəxslərin, turistlərin Azərbaycandan daha sərfəli qiymətə maşın alması ilə bağlı yayılan informasiyalara da aydınlıq gətirib. O, bu məlumatı doğru hesab etməyib, çünki...
“Bu onlara iqtisadi cəhətdən səmərəli deyil. Onlara daha çox Gürcüstan və yaxud da onunla birlikdə Gömrük İttifaqına üzv olan Ermənistandan maşın almaq daha əlverişlidir. Eyni zamanda belə şaiyələrin yaranmasına səbəb Rusiyada avtomobil sənayesinin çökməsi ilə bağlıdır. Amma Rusiyanın avtomobil sənayesi Azərbaycanın avtomobil bazarlarına təsir etmə imkanında deyil.
Azərbaycan bazarında alternativlər çoxdur və ABŞ-dan, Avropa İttifaqı ölkələrindən, Yaponiyadan, Cənubi Koreyadan, Çindən belə avtomobil alırıq. Bu səbəbdən də Rusiya istehsalı avtomobillərin olmaması bizim bazara hər hansı təsir göstərmir”, - deyə E.Cəfərov qeyd edib.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











