Avtomobil bazarında niyə passivlik var? – SƏBƏBİ AÇIQLANDI

“Avtomobil bazarında vəziyyət passivdir”. Bu sözləri lent.az-a açıqlamasında iqtisadçı ekspert Ramil Osmanlı bildirib. Hazırda Azərbaycanın avtomobil bazarında vəziyyət necədir? Digər sahələrdə olduğu kimi, burada da bahalaşma müşahidə edilir? Mövzu ilə bağlı suallarımızı cavablandıran ekspert vurğulayıb ki, bəzi qərarlar avtomobil idxalına təsir göstərib: “Hazırda avtomobil bazarındakı vəziyyəti passiv qiymətləndirmək olar. Yəni, ümumi göstəricilər üzrə daha çox hazırkı dövrdə mənfiyə doğru dəyişikliklər müşahidə olunur. Bazara müraciət edənlərdə də, bütövlükdə aparılan əməliyyatların sayında da azalmalar var.
O cümlədən, bəzi qərarlar hətta idxala da müəyyən mənada təsir göstərib. İdxalın həcmi qismən azalıb. Bütövlükdə istehlak bazarlarında demək olar ki, passiv bir tendensiya yaranıb. Təbii ki, avtomobil bazarında da. Avtomobil bazarında hazırkı dövrdə qiymət artımı müşahidə olunmur. Qiymətlə stabil olaraq qalır. Daha çox ili köhnə olan nəqliyyat vasitələrinin qiyməti artmağa meyilli olsa da, hazırkı dövrdə onların da qiymətində artım müşahidə edilmir”.
R.Osmanlı hazırda Azərbaycandakı rüsumların çoxluğunun avtomobilləşmənin qarşısının aldığını deyib:
“Hazırda Azərbaycanda avtomobil parkının yenilənməsi tendensiyası gedir. Baxmayaraq ki, hələ ki, bu tendensiya o qədər də qənaətbəxş deyil. Bütövlükdə Azərbaycan avtomobil parkının təqribən 70 faizə qədəri köhnə avtomobillərdən ibarətdir. Qonşu ölkələr, xüsusilə, Rusiya, Türkiyə, İran və iqtisadiyyatı oturuşmuş ölkələrlə müqayisədə avtomobil satışı Azərbaycanda qiymət baxımından ucuzdur. Amma bütövlükdə hesab edirəm ki, Azərbaycan avtomobil istehsalçısı ölkə olmadığına görə tətbiq olunan bəzi rüsumların çoxluğu ölkəmizdə avtomobilləşmənin qarşısının alınmasına təsir göstərir.
Hesab edirəm ki, bu sahədə islahatlar etmək lazımdır. Eyni zamanda, hibrid və elektromobillərin ölkəyə idxalını stimullaşdırmağa ehtiyac var. Düşünürəm ki, Azərbaycan avtomobil istehsalçısı olmadığına görə, bəzi rüsumların azaldılması, ölkədə avtomobilləşmənin və avtomobil parkının yenilənməsinin sürətlənməsinə kömək edə bilər”.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











