Avtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA

Mart ayında Azərbaycanda avtomobillərin bahalaşması gözlənilmir.
Avtosfer.az xəbər verir ki, bunu trend-ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, ölkəmizin avtomobil bazarında hazırda vəziyyət stabildir.
"Qiymət artımı əsasən yanvarın ilk həftəsində ölkəmizə idxal olunan komfortlu avtomobillərdə qeydə alınıb.Bunun da əsas səbəbi aparıcı avtomobil istehsalçılarının ehtiyat hissələrinin çatışmazlığı və daşıma şirkətlərinin qiymətlərinin artırılmasıdır."
Ekspert bildirib ki, yeni avtomobillərdən fərqli olaraq ikinci əl avtomobil bazarında mühərrik həcmi 3000 kubsantimetrdən yuxarı olan avtomobillərin qiymətində 5% ucuzlaşma qeydə alınıb.
"Ucuzlaşmanın əsas səbəbi Aİ-95 markalı benzinin bahalaşması və sığorta qiymətlərinin dəyişməsi ilə bağlıdır. Ötən ay bazar stabil qalıb. Görünür ki, yaz aylarında bazarda qiymətlər sabit qalacaq. Hazırda vətəndaşların yeni avtomobillərdən ən çox maraq göstərdiyi "krossover" və mini "krossover"lər, hibrid və elektromobillərdir", - deyə ekspert əlavə edib.
E.Cəfərovun sözlərinə görə, Rusiyadan Azərbaycana minik avtomobillərinin idxalı kəskin azalıb. "Bu avtomobillərin yerini bazarda artıq Çin istehsalı olan avtomobillər tutur”, - deyə ekspert qeyd edib
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










