Avtomobil bazarında SON VƏZİYYƏT

İlin əvvələriylə müqayisədə son aylar avtomobil bazarında bahalaşma müşahidə olunur.
Maraqlıdır, qiymət artımı davam edəcəkmi?
Avtosfer.az xəbər verir ki, bununla bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, yay fəsli yaxınlaşdıqca, avtomobillərin qiyməti bahalaşır: “Dekabr ayının 27-də prezident İlham Əliyev tərəfindən köhnə avtomobillərin istismardan yığışdırılması barədə proqram qəbul olunub. Proqrama əsasən, xidmət sahəsinə yeni avtomobillər gətirilməlidir. Bu baxımda, insanlar yeni maşınlara üstünlük verirlər. Yay fəslində komfortlu avtomobildən istifadə etmək istəyən sürücülər artıq maşınlarını dəyişməyə başlayıblar. Həmçinin, turizm mövsümü başlayır. Ölkəyə gələn turistləri nəzərə alaraq, taksi sürücüləri köhnə avtomobillərini yeniləmək məcburiyyətində qalırlar. Bu, maşın bazarında canlanmaya səbəb olur. Təəssüf ki, vəziyyətdən sui-istifadə edən maşın alverçiləri isə qiymətləri qaldırırlar. Hazırda Çindən gətirilən avtomobillərin çoxluğu qiymətlərin bahalaşmasının qarşısını alır”.
Ekspert qeyd edib ki, gömrük rüsumlarının azaldılması ucuzlaşmaya səbəb ola bilər: “İndiki rüsumlar çox bahadır. Hazırda maşın bazarında satılan avtomobillərin 70-80%-i ölkəyə 2015-ci ilə qədər olan müddətdə gətirilib. Ölkəyə xaricdən gətirilən maşınların sayı xeyli dərəcədə azalıb. Bu isə avtomobil parkının yenilənməsinə zərər vurur. Gömrük rüsumları baha olduğuna görə, bəzi avtomobil şirkətləri xaricdən avtomobil gətirmir. İkinci əl maşınlarda kosmetik dəyişikliklər edərək baha qiymətə satırlar”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










