Avtomobil bazarında SON VƏZİYYƏT - Bahalaşma gedir?

Avtomobil bazarında durğunluq yaşanır.
Bunu Trend-ə avtomobil satışı il məşğul olan Bəhruz Bayramov deyib.
Onun sözlərinə görə, yay mövsümü durğunluq olmasına baxmayaraq bəzi avtomobillərin qiyməti bahalaşıb. Bahalaşma əsasən xaricdən gətirilən ili təzə olan avtomobillərdədir.
"Səbəb kimi isə xaricdən gələn avtomobillərin daşınma xərclərinin artması və ölkəmizə 2013-cü ilə qədər olan avtomobillərin ölkəmizə buraxılmamasıdır."
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, istehsal ili 2013- cü ildən aşağı olan avtomobillər ölkəyə buraxılmaması qərarı qüvvəyə minəndən sonra ölkədə köhnə avtomobillərin qiyməti 10% bahalaşdı.
"Hazırda bazar vəziyyəti özü tənzimləyir. Qiymətlər sabitləşib. Hazırda avtomobil bazarında durğunluqdur. Bu ənənəvi olaraq hər mövsümdə təkrarlanır. Payıza qədər "ikinci əl" avtomobillərin qiymətində bahalaşmanın olması gözlənilmir. Bahalaşma iyul, avqust aylarında yeni avtomobillərdə olacağı gözlənilir. Bahalaşmanın 3% olacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










