Avtomobil bazarında SON VƏZİYYƏT – Bu maşınların qiymətində artım var

Avtobazar 9 Avqust 2022 15:58 Oxunub 1402
Avtomobil bazarında SON VƏZİYYƏT  – Bu maşınların qiymətində artım var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son həftələrdə maşın bazarlarında durğunluğun hökm sürməsi satıcıları narahat edir. Aparılan araşdırmalara görə, bazarlarda alıcı qıtlığı hökm sürür.

Satıcılar kifayət qədər şəxsin maşınlarla maraqlandığını, lakin məsələ alış-verişə gəldikdə potensial müştərilərin bazarı tərk etdiyini deyirlər. Alıcılar isə qiymətlərin büdcələrinə uyğun olmadığından şikayətlənirlər. 

Bundan əlavə, Aİ-95 markalı benzinin bahalaşmasından sonra dizel mühərrikli və hibrid avtomobillərə marağın artdığı, bu tip nəqliyyat vasitələrinin qiymətlərində artımın olduğu da qeyd olunur.


Bəs, avtomobil bazarındakı bu cür vəziyyətə səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, avtomobil bazarındakı durğunluq mövsümi xarakter daşıyır:

“İyul-avqust aylarında hər zaman bu tendensiya müşahidə olunur. Məsələn, bu ilin iyul ayında avtomobil bazarında satışlar, iyun ayı ilə müqayisədə 10% daha aşağı olub. Azərbaycanın avtomobil bazarındakı bu passivlik sentyabr ayına kimi davam edəcək. Sentyabrdan etibarən isə bazarda yenidən fəallaşma müşahidə olunacaq”.

Ekspert dizel mühərrikli, eləcə də hibrid avtomobillərə olan marağın artmasına da münasibət bildirib:

“Hibrid və dizellərə tələbin artmasının qiymətlərə təsirilə bağlı deyə bilərik ki, ikinci əl avtomobil bazarında, bu tip köhnə maşınların qiymətində kəskin artım müşahidə edilmir.
Yeni avtomobillərdə isə vəziyyət bir qədər fərqlidir. Çünki, ümumilikdə, dünyanın aparıcı avtomobil istehsalçıları nəqliyyat vasitələrinin qiymətini iyul ayında 2% artırıblar. Təbii ki, Azərbaycanda da bu avtomobillərin qiymətləri 2% həddində  yüksəlib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh