Avtomobil idxalında azalma - VİDEO

Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi rəqəmlər son 9 ayda ölkəyə avtomobil idxalının kifayət qədər azaldığını göstərir. ANS-in məlumatına görə, 2014-cü ilin yanvar- sentyabr ayları ərzində Azərbaycana 47 min 984 ədəd avtomobil idxal olunub. Bu da, ötən ilin anoloji dövrü ilə müqayisədə 36,4% azdır. Ötən il bu rəqəm 75 mindən artıq idi.
Hər zaman olduğu kimi maşın idxalında əsas yeri minik avtomobilləri tutur. Ən əsas azalma da məhz burdadır. Əgər ötən ilin 9 ayında xaricdən 68 mindən artıq minik maşını gətirilmişdisə, bu ilin eyni dövründə rəqəm 43 mindən bir qədər çox olub. Başqa sözlə 36,5% azalma qeydə alınıb.
Yeni açıqlanan statistika daha bir maraqlı məqamı ortaya qoyub. Əvvəlki illərdən fərqli olaraq indi ölkəyə yük maşınlarının idxalı da azalıb. Hesab olunur ki, maşın idxalında baş verən bu durğunluq həm Avro-4 standartına keçidlə, həm də bankların kredit şərtlərini sərtləşdirməsi ilə bağlıdır. Çünki avtomobillərin satışı əsasən kreditlə həyata keçirilirdi.
Mərkəzi Bankın yeni qərarını nəzərə alsaq, demək olar ki, maşın bazarında vəziyyət bir az da pisləşəcək. Çünki tənzimləyici orqan kreditlərlə bağlı daha bir tələbi sərtləşdirir. Qurumun yeni hazırladığı sənədə görə, indi banklar müştəriyə kredit verərkən onun aylıq qazancının aylıq kredit borcuna nisbətini də nəzərə almalıdır. Bu addımın məqsədi əhalinin kütləvi borclanmasının qarşısını almaqdır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










