Avtomobil sahibi olmaq istəyənlər üçün şans yarandı – Ucuz qiymətə satışa çıxarılan maşınların SİYAHISI
Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılacaq. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək hərrac iyunun 7-də baş tutacaq.
Maraqlıdır, təqdim olunan avtomobillərin mövcud qiymətlərlə satılma ehtimalı nə qədərdir? Şəffaflığın qorunması üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Avtosfer.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov ucuz avtomobillərin təqdim edilən qiymətlərlə satıla biləcəyini deyib:
"Təqdim olunan qiymətlər bazardakı qiymətlərlə eynilik təşkil edir. Bu avtomobillərin həmin qiymətlərlə satılma ehtimalı böyükdür. Lakin qeyd etməliyəm ki, bu, hərracdır, avtomobil satılmaya da bilər. Bundan əvvəl təşkil olunan hərraclarda şəffaflıq təmin olunub, gözləniləndir ki, bu dəfə də təmin olunsun. Dövlət qurumlarındakı nəqliyyat vasitələrinin istifadə müddəti bitdikdə, onlara ehtiyac qalmadıqda, yaxud hansısa dövlət qurumu ləğv edildikdə müvafiq dövlət qurumu tərəfindən hərraca çıxarılır”.
Ekspert bu şəkildə hərracların ildə bir neçə dəfə təşkil edilə biləcəyini vurğulayıb:
"Belə hərraclar avtomobillərin yığılması ilə əlaqədar ildə bir, yaxud bir neçə dəfə satışa çıxarıla bilər. Bu cür şəffaf hərracların keçirilməsi müsbət haldır. Vətəndaşlar üçün imkan yaranır ki, onlar ucuz qiymətə nəqliyyat vasitəsi əldə edə bilsinlər”.
Aşağıda təqdim olunan avtomobillərin siyahısı yer alır:
S/N |
Balanssaxlayıcı müəssisənin adı |
Əlaqəli şəxs |
Nəqliyyat vasitəsinin markası |
Buraxılış ili |
Start qiyməti (manatla) |
10% beh (manatla) |
1 |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İsmayıllı Rayon Filialı |
Əhmədova Zemfira |
2007 |
1700 |
170 |
|
2 |
Xocalı Rayon İcra Hakimiyyəti |
Abdullayev Elmir |
2003 |
2500 |
250 |
|
3 |
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı Filialı |
Aslanov Elman |
2011 |
12000 |
1200 |
|
4 |
Ağstafa Rayon İcra Hakimiyyəti |
Dəmirçiyev Elmin |
2010 |
3500 |
350 |
|
5 |
"Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu" ASC |
İsmayılov Anar |
1999 |
1000 |
100 |
|
6 |
Xocavənd Rayon İcra Hakimiyyəti |
Məmmədov Bəhruz |
2006 |
5000 |
500 |
|
7 |
Gəncə Dövlət Universiteti |
Əliyev Zakir |
1997 |
1000 |
100 |
|
8 |
Gəncə Dövlət Universiteti |
Əliyev Zakir |
2005 |
3000 |
300 |
|
9 |
Gəncə Dövlət Universiteti |
Əliyev Zakir |
2003 |
1500 |
150 |
|
10 |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
Növbətçi hissə |
2010 |
4500 |
450 |
|
11 |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
Növbətçi hissə |
2012 |
5000 |
500 |
|
12 |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
Növbətçi hissə |
2011 |
5500 |
550 |
|
13 |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
Növbətçi hissə |
2006 |
6500 |
650 |
|
14 |
Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi |
Növbətçi hissə |
2006 |
5000 |
500 |
|
15 |
Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi |
Növbətçi hissə |
2011 |
15000 |
1500 |