Avtomobil satışı şirkətinin vəzifəli şəxsinə cinayət işi açıldı

Azərbaycanda vətəndaşa vurulmuş ziyan istintaq dövründə ödənilib. Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində «Grand Motors» MMC-nin vəzifəli şəxsi tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaq zamanı cəmiyyətin vəzifəli şəxsi Samir İbadullayevin qulluq mövqeyindən sui-istifadə etməklə Bakı şəhər sakininin “Grand Motors” MMC-dən lizinq yolu ilə aldığı avtomaşınlara görə 176 min 450 manat məbləğində ödədiyi vəsaitin 120 min 150 manatını sonuncunun adına cəmiyyətin mühasibatlığında açılmış hesaba mədaxilə etməyərək ələ keçirməsində şübhəli bilindiyindən ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. İstintaq dövründə dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Emin
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










