Avtomobillərin ehtiyat hissələri niyə ölkəmizdə istehsal olunmur? - VİDEO

Son günlər katalizatorların qiymətinin bir neçə dəfə bahalaşması belə bir sualı aktuallaşdırır. Avtomobillərin ehtiyyat hissələri ölkəmizdə niyə istehsal olunmur? Maşın üçün lazım olan ən sadə detalı belə xaricdən alıb ölkəmizə gətiririk. Xaricdən alınan ehtiyyat hissələr həm baha başa gəlir, həm də ki 100 milyonlarla dollar vəsiat ölkədən çıxarılır. Ekspertlər hesab edir ki, təcrübəli istehsalçıları Azərbaycana dəvət etməklə bu sahəni inkişaf etdirmək mümkündür.
Avtomobillərin sayı ildən-ilə artsa da ehtiyat hissələr hələ də ölkə xaricindən gətirilir.
Son illərin statistik göstəricilərə əsasən nəqliyyat vasitələrinin sayı 1 milyon 400 mini keçib. Lakin hələ də vətəndaşlar avtomobilin təmiri zamanı başqa ölkələrin məhsullarından istifadə edirlər. Maşın üçün lazım olan ən sadə bir detal belə xaricdən alınır. Bəs görəsən ölkəmizdə bu sahə niyə inkişaf etməyib ? Ekspert Rəşad Həsənov bildirib ki, buna səbəb yerli istehsalın keyfiyyətinə güvənin aşağı olmasıdır.Daxili bazarlar kiçik olduğu üçün investorlar yatırımda maraqlı deyillər.
Satıcıların sözlərinə görə müştərilərə daha çox Yaponiya, Koreya ,Almaniya və Rusiyadan gətirilən məhsullar təklif edilir..
Sürücülər isə öz məhsulumuzun istehsal olunmasının tərəfdarıdırlar. Çünki xaricdən alınan ehtiyyat hissələr həm baha başa gəlir,həmdəki hər il 100 milyonlarla dollar vəsiat ölkədən çıxarılır...
Ekspert onu da bildirib ki bu sahənin təcrübəli istehsalçıları Azərbaycana gətirilməlidir. Bundan əlavə avtomobil istehsal olunan zavodların yanında avtomobil hissələrini istehsal edən kiçik müəssisələr yaradılsa bu sahədə irəliləyiş əldə etmək olar.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










