Avtoşouda 370 min avroluq avtomobil

Fransanın paytaxtı Parisdə iki ildən-bir keçirilən Paris Beynəlxalq Avtoşousu öz qapılarını jurnalistlərdən sonra avtomobil sevərlərin də üzünə açıb. Avtoşouda 60-a yaxın seriya avtomobilinin, prototipinin və konsept-karın dünya premyerasının baş tutub. Infiniti, Yaguar, Lamborgini, Ferrari və Toyota kimi iri avtomobil şirkətlərinin yeni konsept-karlarının premyerası marağa səbəb olub. Bu il sərgidə 17 ölkədən 250 fərqli avtomobil nümayiş etdirilir. Avtomobil istehsalçıları avtomobil həvəskarlarını dəbdəbəli və bahalı avtomobillərlə yanaşı, idman avtomobilləri və rahat hetçbək avtomobillərinin yeni modelləri ilə sevindiriblər. Burada 100% elektrik enerjisi ilə işləyən avtomobillərə də rast gəlmək mümkündür. Zəngin alıcılar burada 470 at gücünə malik olan elektrik avtomobili 370 min avroya ala bilərlər. Oktyabrın 19-dək açıq olacaq avtoşouya minlərlə adamın gələcəyi gözlənilir.
Fidan
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










